Hicablı müəllimlər müsahibədən kənarlaşdırılıb?

   Hicablı müəllimlər müsahibədən kənarlaşdırılıb?
  28 Avqust 2024    Oxunub:864
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bəzi hicablı müəllimlərin müsahibə mərhələsindən kənarlaşdırılmasına dair sosial şəbəkələrdə yayılmış iddialara aydınlıq gətirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib ki, ümumilikdə müsabiqə müddətində heç bir dini və ya cinsiyyət baxımından ayrı-seçkilik edilmir:

"Bəzən də hər hansı komissiyanın fəaliyyətinin qərəzli olmasını deyirlər. Halbuki 30 fərqli komissiya var və hər biri də təlimdən keçən şəxslərdir. Onların əsas işi müsabiqənin şəffaf keçirilməsini təmin etməkdir. Narazılıqlar həmişə var və olacaq. Əsas odur ki, heç vaxt ayrı-seçkilik halı olmur".

AzVision.az


Teqlər:





Xəbər lenti