ANAMA Vyetnamla əməkdaşlığı müzakirə edib - FOTOLAR

ANAMA Vyetnamla əməkdaşlığı müzakirə edib -    FOTOLAR
  27 Avqust 2024    Oxunub:816
Mina təhlükəsi ilə mübarizə sahəsində Azərbaycan və Vyetnam arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycanın Minatəmizləmə Agentliyindən (ANAMA) AzVision.az -a verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun Vyetnamda səfəri çərçivəsində Vyetnam Minatəmizləmə Mərkəzi və Quang Tri Minatəmizləmə Mərkəzinin rəsmiləri ilə görüşlər keçirilib.

Görüşlərdə bu sahədə qabaqcıl təcrübə mübadiləsi, sıx əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ANAMA-nın nümayəndə heyəti Azərbaycanda mövcud mina və müharibənin digər partlayıcı qalıqları problemini gündəmə gətirərək, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, tətbiq edilən metodologiyalar, habelə humanitar minatəmizləmə sahəsində keçirilən təlimlər barədə məlumat verib. Agentliyin nümayəndə heyətinin bu istiqamətdə növbəti görüşləri Kamboca Krallığına səfər çərçivəsində davam edəcək.

Vyetnam mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir.

AzVision.az

Qalereya




Teqlər: ANAMA  





Xəbər lenti