“Qarabağ” – “Dinamo” oyunu tanınmış hakimə tapşırılıb

“Qarabağ” – “Dinamo” oyunu tanınmış hakimə tapşırılıb
  26 Avqust 2024    Oxunub:837
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
UEFA avqustun 28-də təşkil olunacaq görüşü İngiltərədən olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Maykl Oliver olacaq. Tanınmış referiyə xətt hakimləri Stüart Bert və Li Bets kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavana yerinə yetirəcək. VAR hakimi Stüart Attuell, onun köməkçisi Timoti Vud olacaq.

Hakimlər briqadasının işinə almaniyalı Peter Zippel qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə macarıstanlı Balaş Makray olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. İlk matçda “Qarabağ” rəqibinə 0:3 hesabı ilə uduzub.



AzVision.az


Teqlər:





Xəbər lenti