Baş Prokurorluğun Mətbuat xidmətindən
AzVision.az -a verilən məlumata görə, cari ilin sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində qanunvericiliyin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təmin edilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən Elçin Məmmədov İşçi qrupun səmərəli fəaliyyəti və prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən bəhs edib.
Ditmir Buşati ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az