Xankəndidə səs verəcək seçici: “İnanılmaz hisslər yaşayırıq”
Onun fikrincə, işğaldan azad olunmuş ərazilərdə təşkil olunan istənilən tədbirin xalqımız üçün böyük əhəmiyyəti var: “Çünki biz bu günləri uzun illər gözləmişik. Tarixi və əzəli torpaqlarımızda - Qarabağda, Hadrutda, Şuşada Xankəndidə gəzməyi belə xəyal edirdik. İndi isə nəinki qurub yaradır, bu şəhərlərdə ictimai tədbirlərə qatılırıq. Mən hazırda Xankəndidə yaşasam da, Hadrutdanam. Bizim üçün Azərbaycanın hər bölgəsi, hər bir qarışı doğmadır. Amma indiki halda Xankəndiyə, Laçına və digər azad olunmuş ərazilərə qayıdış keçmiş məcburi köçkünlərdə inanılmaz hisslər yaşadır. Deputatlarımızı azad olunmuş ərazilərdə də seçə bilməyimiz isə yerli sakinlər üçün ayrıca tarixi hadisə olacaq”.
AzVision.az
Teqlər: Xankəndi