COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib
  24 Avqust 2024    Oxunub:946
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib.
AzVision.az xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşı Ayan Nəcəf yerli media nümayəndələri üçün keçirilən "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında “Yaşıl və Mavi zonalarda media xidmətləri və əraziləri/qurğuları haqqında" məlumatlandırma zamanı deyib.

O, yerli media nümayəndələrinin akkreditasiya haqqında sənədi noyabrın 1-də əldə edə biləcəklərini vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti