Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi məlum olub

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi məlum olub
  22 Avqust 2024    Oxunub:2162


Azərbaycanın bu il iyulun 1-nə 16 milyard 571,9 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 280,7 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 291,2 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib. Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 19,5 %-i 1 illik, 67 %-i 2 və 3 illik, 13,5 %-i isə 5 il və daha artıq müddətli olub.

İyunun sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,51 təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.

AzVision.az



Teqlər:





Xəbər lenti