Nurəddin Mehdixanlı: “Bu seçkilər milli tariximizin önəmli uğurlarından biridir”
Xalq artisti xatırladıb ki, ərazilərimiz 30 ildən artıq bir müddətdə işğal altında qaldığı üçün parlament seçkiləri üzrə səsvermə birbaşa o ərazilərdə keçirilə bilmirdi: “Təəsüf ki, dünya ictimaiyyəti buna göz yumurdu. Hətta bizə təzyiqlər, təkliflər olurdu ki, biz ərazilərimizin itkisi ilə barışaq. Şükürlər olsun ki, işğal altında qalan torpaqlarımız azad edildi. Bu gün Şuşada, Ağdamda, Laçında, Xankəndidə seçki məntəqələri qurulub. Vətəndaşlarımız öz iradələrini ifadə edəcəklər. Əlbəttə, mən də bu xalqın nümayəndəsi olaraq istəyirəm ki, bu seçkidə ilk növbədə haqqı olanlar qazansın. Dövlətimizə, xalqımıza, üçrəngli bayrağımıza, bütövlüyümüzə xidmət edənlər qazansınlar. Millət də, dövlət də bu seçkidən qazanclı çıxsın”.
N.Mehdixanlı onu da qeyd edib ki, bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü həzm etməyən qüvvələr var: “Bu seçkilər xalqımızın bir daha birlik və bütövlüyünün təcəssümüdür. Biz birliyin və bütövlüyün effektini Vətən müharibəsində gördük; parlaq qələbə gördük. Budur, bütün suverenliyimiz bərpa olunub. Ona görə də mən bu parlament seçkilərini tariximizdə və taleyimizdə çox ciddi bir proses, önəmli bir uğur hesab edirəm”.
AzVision.az
Teqlər: