Bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 105 saylı Tovuz-Gədəbəy Dairə Seçki Komissiyasının sədri Mahir Həsənov deyib. O bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 51 min 874 nəfər təşkil edir: "Bu seçicilərin 38 min 339-u Tovuz, 13 min 536 nəfəri isə Gədəbəy rayonunun sakinləridir. Seçki Dairəsi üzrə 405 nəfər ilk dəfə səs verəcək. 100 yaşdan yuxarı isə 7 seçicimiz var. DSK və MnSK üzvləri üçün Təqvim Planına əsasən treninqlər təşkil olunub. 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə 9 nəfər imza vərəqəsi götürmüşdü, onlardan 7-si qeydiyyata alınıb".
AzVision.az