Trampa atəş açan şəxs reklamda çəkilibmiş

   Trampa atəş açan şəxs reklamda çəkilibmiş
  15 İyul 2024    Oxunub:1127
ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruks 2022-ci ildə beynəlxalq investisiya şirkəti olan "BlackRock"un reklamına çəkilibmiş.
Sui-qəsd cəhdindən əvvəl video çəkdi
Bu barədə Bloomberg investisiya nəhənginin bəyanatına istinadən məlumat yayıb. Videonun Kruksun 2022-ci ildə məzun olduğu Bethel Park Liseyində çəkildiyi bildirilir. Reklamda ondan başqa müəllim və bir neçə tələbə də rol alıb.

"BlackRock" videonun məzmununu açıqlamasa da, onu platformalardan çıxaracağını və səlahiyyətlilərə təhvil verəcəyini bildirib.

Xatırladaq ki, Donald Trampa qarşı sui-qəsd Pensilvaniyada keçirilən mitinq zamanı baş verib. ABŞ Məxfi Xidməti sui-qəsdçinin səhnəyə doğru bir neçə dəfə atəş açdıqdan sonra öldürüldüyünü bildirib.

Atəş nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.Trampın həyatı təhlükədə deyil, zədəsi yüngül olub.

Dietoloqluqdan peşəkar qatilliyə gedən yol - Trampı vuran kimdir?

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti