Bayden Trampla bağlı göstəriş verdi

   Bayden Trampla bağlı göstəriş verdi
  14 İyul 2024    Oxunub:1179
ABŞ prezidenti Co Bayden ABŞ Məxfi Xidmətinə Donald Trampın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyə göstəriş verdiyini bildirib.
Sui-qəsd cəhdindən əvvəl video çəkdi
“Mən Məxfi Xidmətə onun davamlı təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün resursları və qoruyucu tədbirləri təmin etməyi tapşırmışam”- o, Ağ Evdə çıxış edərkən deyib.

Xatırladaq ki, Donald Trampa sui-qəsd Pensilvaniyada keçirilən mitinq zamanı baş verib. ABŞ Məxfi Xidməti sui-qəsdçinin səhnəyə doğru bir neçə dəfə atəş açdıqdan sonra öldürüldüyünü bildirib.

Atəş nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.Trampın həyatı təhlükədə deyil, zədəsi yüngül olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti