Hindistanda ildırım qurbanlarının sayı artıb: 63 ölü,100-dən çox yaralı

Hindistanda ildırım qurbanlarının sayı artıb:    63 ölü,100-dən çox yaralı
  14 İyul 2024    Oxunub:946
Hindistanda bir neçə gün davam edən ildırım çaxması ağır faciələrə səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə “Hindistan Tayms” məlumat yayıb.

Qeyd edilib ki, ölkənin Uttar Pradeş ştatının 10 rayonunda, Biharın bir neçə bölgəsində çərşənbə və cümə axşamı güclü ildırım çaxmaları ölümlərlə nəticələnib. İlkin məlumatlara görə, təbiət hadisəsi nəticəsində azı 63 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

Hindistan Meteorologiya Departamenti (IMD) ildırımların davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Süsən Kərimova
AzVision.az



Teqlər: İldırım  





Xəbər lenti