Türkiyə ordusunun bir hərbçisi şəhid olub, biri isə yaralanıb

Türkiyə ordusunun bir hərbçisi şəhid olub, biri isə yaralanıb
  12 İyul 2024    Oxunub:1186
İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində daha bir Türkiyə hərbçisi şəhid olub, biri isə yaralanıb
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun baş çavuşu Bahadır Rıdvan Talay separatçı terror təşkilatı üzvlərinin əvvəlcədən yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.

“Daha bir hərbçimiz yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı, səbir, yaralımıza şəfa diləyirik”, - məlumatda vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti