Bayden Kiyevin Moskvanı vurmağını mənasız sayır |
"Britaniya hökuməti ötən il Kiyevə raketləri çatdırdıqdan sonra ukraynalılara Krım və digər hədəfləri vurmağa icazə verib. Lakin London Kiyevə Rusiya daxilindəki hədəflərin sıradan çıxarılması üçün onlardan istifadə etməyi qadağan edib. Rəsmilər belə bir addımın müharibəni daha da qızışdıracağı və Britaniyanı Rusiya ilə münaqişəyə sürükləyəcəyindən narahatdırlar", - nəşr yazıb.
Saytın mənbələrinin sözlərinə görə, Ukrayna Rusiya ərazisinə qanadlı raketlər buraxmaq istəsə, hücumdan əvvəl Zelenski “başqa yerdə özü üçün zəmanət axtarmalı” olacaq.
O da vurğulanıb ki, Rusiyaya strateji raket atmaq icazəsi təkcə Böyük Britaniyanın razılığı ilə deyil, üç ölkənin "hə"sindən sonra verilir.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski iyulun 10-da ona Rusiya ərazisində strateji qanadlı raketlərdən istifadəyə icazə verildiyini açıqlamışdı.
ABŞ prezidenti Cozef Bayden də Ukrayna hakimiyyətini üzən açıqlamalar verib. O, NATO-nun Vaşinqton sammitindən sonra mətbuat konfransında Kiyevin Moskvaya və ya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verməyin mənasız olduğunu deyib.
Tural Tağıyev
AzVision.az