Gürcüstanın NATO-ya üzvlük istəyi bəyannamədən çıxarılıb
“Gürcüstanın NATO-ya üzv olmaq istəyi ilə bağlı hər hansı qeyd alyansın bəyannaməsindən çıxarılıb. 2008-ci ildə Buxarestdə başlayan və indiyə kimi bu istiqamətdə görülmüş bütün ağır işlər və tədbirlər “Rusiya qanunu” sayəsində boşa çıxdı. Bu, “Gürcü Arzusu”nun Gürcüstanın Avro-Atlantik yolunu dalana dirəməsinin aydın, faciəli və danılmaz sübutudur”, – Lyuk Coffi X-də yazıb.
Məlumat üçün qeyd edək ki, Şimali Atlantika Şurasının iclasında iştirak edən dövlət və hökumət başçıları Rusiyanı Moldova və Gürcüstandan qoşunlarını çıxarmağa çağırıblar.
Xatırladaq ki, iyulun 9-11-də Vaşinqtonda NATO-ya üzv ölkələrin toplantısı keçirilib. “Ukrayna və Transatlantik Təhlükəsizlik” mövzusunda üç gün davam edən tədbir alyansın 75 illiyinə həsr olunub. Zirvə toplantısında bloka üzv olan 32 ölkənin, o cümlədən bir müddət əvvəl alyansa qoşulmuş İsveç və Finlandiyanın liderləri iştirak ediblər.
Tural Tağıyev
AzVision.az
Teqlər: NATO