Viktor Orban indi də Trampla görüşməyə hazırlaşır

   Viktor Orban indi də    Trampla görüşməyə    hazırlaşır
  11 İyul 2024    Oxunub:1114
Vaşinqtonda keçirilən NATO-nun 75 illiyinə həsr olunmuş sammitdən sonra Macarıstanın baş naziri Viktor Orban ABŞ-nin keçmiş prezidenti Donald Trampla onun Floridadakı Mar-a-Laqo kurortunda yerləşən iqamətgahında görüşəcək.
AzVision.az xəbər verir ki, məsələdən hali olan şəxslər “Bloomberg” nəşrinə belə məlumat ötürüblər. Agentliyin həmsöhbətlərindən biri görüşü daha çox qeyri-rəsmi tədbir kimi səciyyələndirib. Onun iddiasına görə, Tramp Orbandan Rusiya və Ukrayna arasında “bir növ sülh sazişi üçün zəmin yaratmağı” xahiş etməyib.

Lakin Trampın seçki kampaniyası qərargahının təmsilçiləri və Macarıstan hökumətinin rəsmiləri şərhlə bağlı xahişlərə cavab verməyiblər.

“Bloomberg”in yazdığına görə, Trampla “yaxın münasibətlər” qurmuş Macarıstanın baş naziri mart ayında Mar-a-Laqoda sabiq ABŞ prezidenti ilə görüşdən sonra onu vəzifəsinə qayıtmağa və “sülh gətirməyə” çağırıb. Agentlik yazır ki, iyulun 11-də keçiriləcək görüş, böyük ehtimalla, Orbanın iyulun 5-də görüşdüyü Rusiya prezidenti Vladimir Putinlə Tramp arasında “vasitəçi işləməsi” ilə bağlı narahatlığı artıracaq.

Zelenski atəşkəs barədə Orbanın təklifini bəyənməyib
Qeyd edək ki, cəmi bir həftə ərzində Rusiya-Ukrayna münaqişəsində atəşkəs rejiminin yaradılması və sülh danışıqlarına başlanması ilə bağlı təkliflərlə Macarıstanın baş naziri Viktor Orbanın cəmi bir neçə gün ərzində Kiyevə, Moskvaya və Pekinə səfəri Vaşinqtonda və Brüsseldə böyük narazılıqla qarşılanıb. İş hətta o yerə çatıb ki, Avropa İttifaqının (Aİ) bəzi ölkələrində Macarıstanın bu quruma sədrlik müddətinin ixtisara salınması barədə fikirlər də səsləndirilir. Xatırladaq ki, Macarıstan 6 ay ərzində (iyulun 1-dən ilin sonunadək) Aİ-yə sədrlik edəcək. Amma heç bir alternativ mövqeni qəbul etmək istəməyən Brüssel bürokratiyası Aİ üçün taleyüklü məsələlərlə bağlı Budabeşti hətta səsvermə hüququndan necə məhrum etmək üzərində də baş sındırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Orban   Tramp  





Xəbər lenti