36 saat açıq okeanda qaldı

   36 saat açıq okeanda qaldı
  11 İyul 2024    Oxunub:1767
21 yaşlı çinli qadın Yaponiya sahillərində üzərkən dalğalar onu açıq okeana aparıb və 36 saat suda qalıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Hadisə Tokionun cənub-qərbindəki İzu yarımadasının çimərliyində olub. Qadın üzdüyü zaman dalğaların hündürlüyü üç metrə çatıb və o, qəfil gözdən itib. İtkin düşən qadının dostları onun yoxa çıxması barədə polisə məlumat veriblər.

Çinli qadın 80 km aralıdan keçən yapon tankeri tərəfindən təsadüfən aşkarlanıb. Daha sonra sahil mühafizə helikopteri qadını Yokohamadakı xəstəxanaya çatdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti