Qoruqdakı yanğının səbəbi açıqlandı

Qoruqdakı yanğının səbəbi açıqlandı
  08 İyul 2014    Oxunub:1022
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Türyançay Dövlət Təbiət Qoruğunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Nazirliyimətbuat xidmətindən verilən məlumata görə, iyulun 7-də saat 17 radələrində Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

Yanğının qarşısının alınması üçün dərhal ETSN-in yerli qurumlarının, Ağdaş və Qəbələ FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 20 radələrində tam olaraq söndürülüb.

Qoruğun yanğın baş verən ərazisində meşə sahəsi yoxdur.
İlkin ehtimala görə, yanğın ildırım vurması nəticəsində baş verib. Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən qoruğun 2 hektar ərazisindəki quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti