Tovuz təhlükədədir

Tovuz təhlükədədir
  08 İyul 2014    Oxunub:1139
Tovuzda ötən gün əsən güclü külək və şimşəklə müşahidə olunan yağış Əsrik çayında bolsululuğa səbəb olub.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, günorta saatlarından yağmağa başlayan yağış rayonun dağ kəndlərinin ərazisindən axan çayları daşmaq təhlükəsi ilə üz-üzə qoyub.

Hətta bəzi ərazilərdə Əsrik çayının üzərində olan körpülərdən keçmək müşkül məsələyə çevrilib. Yay fəsli ilə əlaqədar insanların daha çox üz tutduğu məkan olan Əsrik dərəsindən axan eyniadlı çayda da güclü yağışın ardından bu cür vəziyyət yaranıb. İnsanların bir qismi çayın bir tərəfində, digərləri isə o biri tərəfində qalıb.

Qeyd edək ki, hələ iyunun əvvəlində Tovuza yağan güclü yağış, dolu kənd təsərrüfatına xeyli ziyan vurub.


Teqlər:





Xəbər lenti