Bir istehlakçı orta hesabla ayda 531,5 manat xərcləyib

Bir istehlakçı orta hesabla ayda 531,5 manat xərcləyib
  14 İyun 2024    Oxunub:806
Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,1 milyard manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 3,8 faiz artaraq 26,0 milyard manata bərabər olub, onun 43,9 faizi fərdi sahibkarların

fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 531,5 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,9 manat çox vəsait xərcləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti