Malavi vitse-prezidenti təyyarə qəzasında həlak olub

   Malavi vitse-prezidenti təyyarə qəzasında həlak olub
  11 İyun 2024    Oxunub:804
Malavinin vitse-prezidenti Saulos Çiliman və onu müşayiət edən 9 nəfər təyyarə qəzasında həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Keniyanın Capital FM radiostansiyası məlumat yayıb.

İbrahim rəisi və heyəti həlak olub
“Çilimanın və təyyarədə olan digər 9 nəfərin ölümü təsdiqləndi. Xilasedicilər qalıqları qəzadan bir gün sonra tapıblar”, - deyə bildirilir.

Malavi Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə bazar ertəsi səhər paytaxt Lilonqvedən şimala doğru havaya qalxdıqdan az sonra radarlardan itib.

Malavi prezidenti Lazarus Çakvera hadisə ilə əlaqədar Baham adalarına səfərini ləğv edib.

Qeyd edək ki, Çilima ilk dəfə 2014-cü ilin mayında Malavinin vitse-prezidenti vəzifəsini icra edib. 2020-ci ildə o, ikinci dəfə and içib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:  





Xəbər lenti