Rubio: “Ukraynada Rusiya ilə ABŞ arasında “proksi-müharibə” gedir”

      Rubio:    “Ukraynada Rusiya ilə ABŞ arasında “proksi-müharibə” gedir”
  06 Mart 2025    Oxunub:451
ABŞ-nin Dövlət katibi Marko Rubio Ukraynadakı müharibəni Rusiya ilə ABŞ arasında gedən “proksi- müharibə” adlandırıb.
“Ukraynalıların və onların müttəfiqlərinin planı sonadək Kiyevə lazım olan qədər verməkdə davam etməkdir. Bu, strategiya deyil”, - Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar hər iki tərəfin müharibəni dayandırmağa sadiq olub-olmadığını öyrənməyə çalışır. Rusiyanın döyüşləri dayandırmaq istədiyini bildirən ABŞ-nin Dövlət katibi Ukrayna prezidenti Volodimir Zelenskinin fevralın 28-də danışıqlar zamanı Kiyevin “ümumiyyətlə sülhdə maraqlı olmadığını” göstərdiyini vurğulayıb.

- Prezident Tramp buna uzun sürən, dalana dirənmiş münaqişə kimi baxır və açığını desək, bu, nüvə gücləri: Ukraynaya yardım edən ABŞ və Rusiya arasında ptroksi-müharibədir. Bu münaqişə sona çatmalıdır”, - Marko Rubio deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz növbəsində, Kremlin bu fikirlə razılaşdığını açıqlayıb.

“Biz bununla razılaşa bilərik və istəyirik və bununla da razıyıq. Bu doğrudur. Ukraynadakı müharibənin iştirakçıları Rusiya və ABŞ başda olmaqla kollektiv Qərbdir. Rubionun bəyanatı Moskvanın mövqeyinə uyğundur, xüsusən də hərbi əməliyyatların dayandırılmasının vaxtının çatdığı məsələsində”, – Peskov keçirdiyi brifinqdə jurnalistlərə deyib.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hələ 2022-ci ilin mayında Ukraynadakı müharibəni ABŞ ilə Moskva arasında “proksi müharibəsi” adlandırıb. Rusiya prezidenti Vladimir Putin də Qərbin Rusiyaya qarşı ukraynalıların əli ilə vuruşduğunu dəfələrlə bəyan edib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: ABŞ   Rusiya   "proksi-müharibə"  





Xəbər lenti