Rubio: "Trampın səbri tükənir"

      Rubio:    "Trampın səbri tükənir"
  06 Mart 2025    Oxunub:473
"HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı əsirlərlə bağlı xəbərdarlıqlarını ciddi saymalıdır".
Bu sözləri ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalında aparıcı Şon Hennitiyə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Donald Tramp hər həftəsonu əsirlikdən azadlığa buraxılan, sınıxıb arıqlamış əsirlərin, habelə təhvil verilən cəsədlərin çəkildiyi videolara "baxmaqdan təngə gəlib".
Qəzzada atəş yenidən qığılcımlanır

"(HƏMAS terrorçuları - red.) əsl adamyeyənlərdir. Onları dayandırmaq lazımdır! Prezident Tramp onlara qarşı ciddi tədbir görəcəyini deyirsə, mütləq yerinə yetirəcək. Terrorçular ölçü götürməlidirlər", - Rubio söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   HƏMAS   Qəzza   danışıqlar  





Xəbər lenti