Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq
  06 Mart 2025    Oxunub:551
Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Suraxanı rayonunun Hövsan qəsəbəsi, O.Şabanov küçəsində qaz sayğaclarının giriş hissələrinin yığılması məqsədilə martın 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonu üzrə Mirzəağa Əliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti