"ABŞ terror qruplarına qarşı siyasətini dəyişir"

  "ABŞ terror qruplarına qarşı siyasətini dəyişir"
  06 Mart 2025    Oxunub:456
"Tramp administrasiyasının Fələstinin HƏMAS qruplaşması ilə birbaşa danışıqlar aparması rəsmi Vaşinqtonun onilliklər boyunca yürütdüyü "terror təşkilatları ilə əlaqə qurmamaq" siyasətini pozan qeyri-adi bir vəziyyətdir".
Bu sözləri ABŞ-nin Corctaun Universitetinin Qətərdəki filialının professoru Luçiano Zakkara "Al Jazeera" agentliyinə açıqlamasında dilə gətirib. O diqqətə çatdırıb ki, bu addım Prezident Donald Trampın "diplomatiyaya özünəməxsus yanaşması ilə əlaqədardır".

"Belə bir vəziyyət göstərir ki, o, bütün dünyada istənilən qrupla diplomatik danışıqlara girə bilər. İlk dəfədir ki, İsrail də birbaşa danışıqlardan narahatdır. Bu cür situasiyada hadisələrin necə irəliləyəcəyini demək çox çətindir", - professor deyib.
Rubio: "Trampın səbri tükənir"

O vurğulayıb ki, Donald Trampın Qəzza zolağındakı əsirlərin azadlığa buraxılmalarına dair hədə-qorxu və xəbərdarlıqları "dövlət strategiyası yox, prezidentin özünün şəxsi yanaşması kimi də qiymətləndirilə bilər.

"Maraqlıdır ki, Tramp bir yandan HƏMAS-ı aradan qaldırmaqla hədələyir, digər yandan isə onlarla dialoqa girir. Zənnimcə, məsələyə məhz bu cür şəxsi üslubla yanaşmaq problem üçün orijinal həll yoludur. Donald Tramp təkcə Yaxın Şərqə yox, dünyada hər yerə sülh gətirən insan kimi xatırlanmaq istəyir", - Zakkara bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   HƏMAS   əsirlər   danışıqlar  





Xəbər lenti