İnqilabçı keşiş indi də mollalıq edir - VİDEO

   İnqilabçı keşiş indi də mollalıq edir    - VİDEO
  11 İyun 2024    Oxunub:925
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər təşkil edir.
İki gündür etirazçılar parlament binasının qarşısında oturaq aksiya keçirir, vətəndaşlar çadırlar quraraq yolun Baqamyan-Dəmirçyan kəsişməsini bağlı saxlamağa çalışırlar. Meydanda gecələyən hərəkat iştirakçıları səhərləri aksiyaya keşişin qəribə dua mərasimi ilə başlayıblar.

"Mitinqlərə qoşulanlar ya işsiz, ya da maaşsız qalırlar" - Erməni keşiş
Yerli media Baqrat Srbazanın səhər saatlarında tərəfdarlarını başına toplayıb yeni aksiyaya start verməsini əks etdirən maraqlı video yayıb. Görüntülərdə keşiş duaya xaç çevirməklə başlasa da, sonradan o və əksər tərəfdarları əlini şiə təriqətindən olan müsəlmanlar kimi tutublar.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Keşiş   Ermənistan   Aksiya  





Xəbər lenti