Finlandiya Rusiya təyyarəsinin hava məkanını pozduğunu iddia edib
"Biz iddia edilən ərazi pozuntusunu ciddi qəbul edirik və dərhal araşdırmaya başlanılıb", - deyə müdafiə naziri Antti Hakkanen qeyd edib.
Finlandiya Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə Rusiya səfirliyi ilə əlaqə saxladığını və bununla bağlı izahat tələb edildiyini bildirib.
Məlumata görə, hadisə iyunun 10-da səhər saatlarında baş verib. İddiaya görə, Rusiya təyyarəsi Finlandiya hava məkanında təxminən iki dəqiqə qalıb və sərhədin 2,5 kilometr dərinliyinə qədər irəliləyib.
Finlandiya Müdafiə Nazirliyi qeyd edir ki, əvvəlki oxşar insident 2022-ci ilin avqustunda qeydə alınıb.
AzVision.az
Teqlər: