HƏMAS: "Atəşkəs razılaşmasında əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır"

      HƏMAS:    "Atəşkəs razılaşmasında əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır"
  08 İyun 2024    Oxunub:690
"İsrail öz tələblərini bizə qeyd-şərtsiz yürüdə bilməz".
AzVision.az xəbər verir ki, bu sözləri HƏMAS terror təşkilatının siyasi bürosunun sədri İsmayıl Həniyyə yerli mətbuata açıqlamasında bildirib.

O, gözlənilən atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında yaşayan fələstinlilərin təhlükəsizliyini əsas şərt kimi diqqətə çatdırıb.

Yeri gəlmişkən, bu gün səhər saatlarından etibarən İsrail Ordusu Qəzzaya doğru quru, dəniz və havadan geniş hücuma keçib.

Firudin Həmidli
AzVision.az


Teqlər: HƏMAS   İsrail   Qəzza  





Xəbər lenti