Martın 1-də R.Aslanova məxsus mebel fabrikindən içərisində 19600 manat olan seyfi oğurlayan Bakı şəhər sakini N.Zülfiyev tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də Ramil Aslanova məxsus mebel fabrikindən içərisində 19600 manat olan seyfi oğurlamış Bakı şəhər sakini Nicat Zülfiyev tutulub.