Əsgərlər evlərinə getdi

Əsgərlər evlərinə getdi
  04 İyul 2014    Oxunub:983
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 2 iyun tarixli Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi qulluqçuların xidmətdən ehtiyata buraxılması həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu münasibətlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçuların təntənəli yolasalma mərasimi təşkil edilib.

Xidmətdə fərqlənən əsgərlər məktəb rəisi tərəfindən mükafatlandırılıb.

Xatirə şəkli çəkdirildikdən sonra məktəbin hərbi orkestrinin müşayiəti ilə hərbi xidməti başa vuran əsgərlər evlərinə yola salınıblar.

Mərasimdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin komandanlığı, zabitlər və qonaqlar iştirak ediblər.


Teqlər:





Xəbər lenti