Macarıstan Ursula fon der Lyayenin postunda qalmasına qarşıdır

   Macarıstan Ursula fon der Lyayenin postunda qalmasına qarşıdır
  28 May 2024    Oxunub:1365
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rumıniyanın Tarqu-Mures şəhərində bildirib ki, Budapeşt Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin yeni müddətə seçilməsinə dəstək verməyəcək.
Bu barədə Agerpres agentliyi məlumat yayıb. “Onun kimin dəstəyini axtardığını bilmirəm, amma boş yerə bizə güvənir. Son beş ildə Qərb daima əziyyət çəkir. Mövcud böhran yalnız Avropa Komissiyası tərəfindən ağırlaşdırıldı, lakin həll olunmadı. Təşkilat Avropa vətəndaşlarının həyatının pisləşməsinə görə cavabdehdir və Ursula fon der Lyayen komissarlarla birlikdə bunun məsuliyyətini öz üzərinə götürməlidir”, - Macarıstan XİN başçısı deyib.

Onun sözlərinə görə, beş il əvvəl Aİ indikindən qat-qat rəqabətli idi: “Beş il əvvəl müharibə yox idi, amma indi var. Avropa Komissiyası əsas müqavilələrə tamamilə məhəl qoymadan özünə yeni səlahiyyətlər verib, siyasi qərar qəbul edən qüvvəyə çevrilib və buna görə də baş verənlərə görə tam məsuliyyət daşıyır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti