Çinlə Gürcüstan arasında viza rejimi ləğv edildi

   Çinlə Gürcüstan arasında viza rejimi ləğv edildi
  28 May 2024    Oxunub:1521
Mayın 28-dən Gürcüstan vətəndaşları Çinə vizasız daxil olmaq və orada 30 gün fasiləsiz qalmaq hüququ əldə ediblər.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Gürcüstan vətəndaşları ÇXR-də 6 ay ərzində 90 gündən artıq qala bilməzlər və onların bu ölkədə vizasız qalma müddəti humanitar məsələlərə və ya fors-major hallara aid deyilsə, uzadıla bilməz.

Lakin Gürcüstan vətəndaşının yaşamaq, oxumaq və ya işləmək üçün Çinə getməsi üçün o, hələ də Çin hakimiyyət orqanlarından müvafiq kateqoriyalı viza almalıdır.

Eyni zamanda, Gürcüstan vətəndaşı Çin Xalq Respublikasının sərhədini keçərkən otel rezervasiyasına və tibbi sığortaya malik olmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti