İrəvanda 226 etirazçı saxlanıldı - Video

   İrəvanda 226 etirazçı saxlanıldı -    Video
  27 May 2024    Oxunub:1252
İrəvanda 226 etirazçı saxlanılıb. Bu barədə "Sputnik Ermənistan"a polisin mətbuat xidmətindən məlumat verilib.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə şöbəyə aparılıblar.

Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb. İrəvanda dövlətlərarası magistralları, rayonlararası yolları və küçələri bağlayıblar.

Xatırladaq ki, erməni kəndlilər Tavuş vilayətində revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar. Bununla bağlı yaradılan “Vətən naminə Tavuş” hərəkatının nümayəndələri Kirants (Xeyrımlı) kəndindən İrəvana yürüş ediblər. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti