Gürcüstanda azərbaycanlıların yaşadığı əraziləri su basıb - Video

   Gürcüstanda azərbaycanlıların yaşadığı əraziləri su basıb -    Video
  26 May 2024    Oxunub:1195
Gürcüstanın Şida Kartli bölgəsində güclü yağış Xrami, Algeti və Debda çaylarının məcrasından çıxmasına səbəb olub. Marneuli və Bolnisi rayonlarında küçələri, yerli bazarı, yaşayış binalarını su basıb.
Bu barədə “Mtavari Arkhi” televiziya şirkəti məlumat yayıb. Rayon meriyası dəymiş ziyanı qiymətləndirmək üçün komissiyalar yaradıb. Daşqın nəticəsində kommunikasiya xətlərinə və yol infrastrukturuna ziyan dəyib, kənd təsərrüfatı sahələri su altında qalıb.

Debed çayının daşması Ermənistanın da sakinlərinə xeyli ziyan vurub. Ölkənin şimalında daşqın nəticəsində bir nəfər ölüb, körpülər və yollar dağılıb, insanlar təxliyə edilib. Vanadzor-Alaverdi yolunun 31 kilometrlik hissəsini su basıb, avtomobil yolu və çay üzərindən iki körpü dağılıb, dəmir yolu infrastrukturuna ziyan dəyib.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti