Ermənistanın şimalını su basdı: Üç nəfər ölüb - YENİLƏNİB
***
Ermənistanda daşqınlar nəticəsində ölənlərin sayı ikiyə çatıb. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində iki nəfəri sel aparıb, onların axtarışları davam edir.
Qeyd edək ki, mayın 25-i və 26-da yağan intensiv yağıntılar nəticəsində Ermənistanın Lori və Tavuş vilayətlərində Debed və Aqstev çaylarının suyunun səviyyəsi 2 metrdən çox artıb, bu da yaxınlıqdakı ərazilərin su basmasına səbəb olub.
***
Ermənistanın şimalında daşqınlar nəticəsində azı 1 nəfər ölüb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Opel” markalı avtomobil Şnoq-Texout yolunda çaya düşüb. ilkin məlumatlara görə, bir nəfər ölüb.
O cümlədən, Vanadzor-Alaverdi yolunun 50 metrlik hissəsi dağılıb. Ayrum stansiyasında və Alaverdi şəhərində bir neçə evi su basıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: