Mirzoyan Borrellə sülh sazişi haqqında danışıb

Mirzoyan Borrellə sülh sazişi haqqında danışıb
  25 May 2024    Oxunub:1249
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata gör, onlar Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı müzakirə aparıblar. Aİ rəsmisinə sülh sazişi üzrə danışıqlar barədə məlumat verilib.

Mirzoyan iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirildiyini söyləyib. O vurğulayıb ki, saziş üzrə razılaşdırılan bəndləri birləşdirməklə yekun razılığa gəlmək mümkündür.

AzVision.az


Teqlər: Ermənistan     Azərbaycan   sülh-sazişi  





Xəbər lenti