Stoltenberq Avropada vahid ordunun yaradılmasına qarşıdır

Stoltenberq Avropada vahid ordunun yaradılmasına qarşıdır
  25 May 2024    Oxunub:969
Vahid Avropa ordusunun yaradılmasının mənası yoxdur, çünki bu cür struktur Şimali Atlantika Müqaviləsi Təşkilatının özünün funksiyalarını təkrarlayacaq.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Economist” jurnalına müsahibəsində deyib. "Eyni ölkələr tərəfindən yaradılan alternativ hərbi komanda strukturları varsa, bu halda təkrarlanma olacaq", - o vurğulayıb.

Eyni zamanda alyansın baş katibi ölkələrin müdafiə xərclərini artırması prosesini alqışlayaraq, Aİ-nin NATO-nu əvəz etməyəcəyinə diqqət çəkib: “Çünki blokun Avropa ölkələri bütün Şimali Atlantika Müqaviləsi Təşkilatının müdafiə xərclərinin yalnız 20%-ni təşkil edir”.

AzVision.az


Teqlər:





Xəbər lenti