ABŞ-da Culian Assanca abidə ucaltmaq istəyirlər

 ABŞ-da Culian Assanca abidə ucaltmaq istəyirlər
  25 May 2024    Oxunub:977
ABŞ-ın paytaxtında “WikiLeaks”in qurucusu Culian Assanca abidə ucaldılmalıdır.
Amerikanın “Politico” qəzetinin yazdığına görə, bu sözləri ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi deyib.

Onun fikrincə, Assanc qəhrəmandır: “O, həbsdə olmamalıdır, Vaşinqtonda onun heykəli olmalıdır. Mən prezident Trampın vəzifədə olduğu ilk gündə etməli olduğu işi edəcəyəm. Mən Edvard Snoudeni əfv edəcəyəm və Culian Assanca qarşı bütün ittihamları ləğv edəcəyəm”.

Qeyd edək ki, Assanca qarşı istintaq işi 2010-cu ildən, casusluq iitihamı üzrə başlayıb. Həmin ildə ona qarşı ABŞ tərəfindən casusluq, informasiyanın məxfiliyinin pozulması və ya məxfi məlumatların yayılması və digər maddələrlə ittiham irəli sürülüb. O, 2010-cu ildə Böyük Britaniya ərazisində tutulub, bir qədər sonra isə 240 min funt-sterlinq girov müqabilində azadlığa buraxılıb. 2011-ci ildə London məhkəməsi Assancın İsveçə təhvil verilməsinə qərar verib.

Bundan sonra Assanc 2019-cu ilin aprelinədək Ekvadorun Londondakı səfirliyində gizlənib. Lakin Ekvador ona siyasi sığınacaq verməkdən imtina edib və Culian Assanc səfirliyin binasında polis tərəfindən saxlanılıb. Sondan Culian Assanc ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmədə qalib gəlib. ABŞ-ın Assancın işi ilə bağlı təminatlarının qeyri-qənaətbəxş olduğuna qərar verən hakimlər ona tam apellyasiya dinləməsi hüququ verib.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti