Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb

   Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb
  24 May 2024    Oxunub:1082
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Son zamanlar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşməsini qeyd edirlər. Xüsusilə, Ermənistan KTMT təlimlərində iştirak etmir və bu təşkilatın baş katibinin müavininin kvotasından imtina edib. Bütün bunlar bəzən qarşılıqlı ittihamlarla, diplomatik notlarla müşayiət olunur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti