Vaşinqton Gürcüstanı cəzalandırmağa hazırlaşır

   Vaşinqton    Gürcüstanı cəzalandırmağa    hazırlaşır
  24 May 2024    Oxunub:1111
Gürcüstan parelamentinin qəbul etdiyi “Xarici təsirlərin şəffalığı haqqında” Qanuna cavab olaraq ABŞ Gürcüstana qarşı viza məhdudiyyətləri qoyacaq.
AzVision.az xəbər verir ki, Birləşmiş Ştatlar Gürcüstanın müxalifəti və demokratik azadlıqları sıxışdırmaq üçün alət kimi qiymətləndirdiyi “Xarici təsirlərin şəffaflığı” qanununun qarşılığında bu ölkəyə qarşı viza məhdudiyyəti siyasəti tətbiq edəcəiyini açıqlayıb.

ABŞ-nin Dövlət departamentinin saytında deyilir ki, Dövlət katibi Antoni Blinken indən sonra belə sanksiyaların tətbiq oluna biləcəyini vurğulayıb.

“2024-cü ilin oktyabr seçkilərindən əvvəl, seçkilər zamanı və sonra Gürcüstanda demokratik proseslərə və ya təsisatlara xələl gətirən hər bir kəs bu siyasətə əsasən ABŞ vizası almaq və Birləşmiş Ştatlara səfər etmək hüququna malik ola bilməz. Həmin şəxslərin yaxın qohumları da bu məhdudiyyətlərə məruz qala bilərlər”, - Blinkenin bəyanatında deyilir.

Habelə qeyd edilir ki, Vaşinqton hakim “Gürcü Arzusu” partiyası tərəfindən parlamentdə qəbul olunmuş “Xarici təsirin şəffaflığı” qanunun söz və toplaşma azadlığını məhdudlaşdırdığına, habelə müstəqil mətbuatın fəaliyyətinə maneələr yarada biləcəyinə əmindir.

Bundan əlavə, ABŞ-nin Dövlət katibi Gürcüstan hakimiyyəti yeni qanunla razılaşmayanları qorxutmağa və onları sıxışdırmağa çalışdığını bildirib. Bütün bunlar isə Gürcüstan Konstitusiyasında yazılmış məqsədə - Avro-Atlantik birliyə inteqrasiya siyasətinə ziddir. Blinken artıq bu gündən etibarən ABŞ-Gürcüstan münasibətlərinin hərtərəfli qaydada yenidən nəzərdən keçirilməsinə başlandığını açıqlayıb.

- Biz əvvəlki kimi ümid edirik ki, Gürcüstan rəhbərliyi qanun layihəsinə yenidən baxacaq, ölkənin demokratiya və Avro-Atlantik inteqrasiyaya doğru daha da irəliləməsi üçün addımlar atacaq. Ölkələrimiz arasında münasibətləri nəzərdən keçirərkən və öz hərəkətlərimizlə bağlı qərarlar qəbul edərkən Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”, - ABŞ-nin Dövlət katibi bildirb.

“Politico” nəşri isə öz mənbələrinə istinadən sözügedən qanunla bağlı ABŞ Konqresinin Gürcüstana qarşı sanksiyaların tətbiq olunması üçün hər iki partiyanın birgə hazırladığı qanun layihəsini müzakirə edəcəyini yazıb.

“Qanun layihəsi Gürcüstanın Avro-Atlantik inteqrasiyasını əngəlləməkdə ittiham olunan gürcü siyasətçilərinə səyahət qadağaları və digər sanksiyalar tətbiq edəcək. Onlar həmçinin korrupsiya, insan hüquqlarının pozulması və “xarici agentlər” haqqında qanunun təşviqi və ya onun qəbulunu asanlaşdırmaq səylərinə görə məhdudiyyətlərə məruz qalacaqlar” , - nəşr yazıb.

ABŞ Senatının təşəbbüsü təkcə hakim “Gürcü Arzusu” partiyasına və digər məmurlara məhdudiyyətlər qoymaq məqsədi daşımır, həm də Gürcüstanda demokratiya və qanunun aliliyi layihələrini dəstəkləmək üçün ən azı 50 milyon dollar ayırmağı, həmçinin “xarici bədxassəli təsirlər”lə bağlı bu ölkədə araşdırmaya başlamağı planlaşdırır.
Qeyd olunur ki, qanun layihəsi həmçinin ABŞ və Gürcüstan arasında “iki ölkənin təhlükəsizlik və demokratiya məsələlərində birgə işlədiyi” strateji dialoqun dayandırılması tələbini qoyur.

Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL
Vaşinqtonun və onun satellitlərinin Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” Qanuna görə rəsmi Tbilisiyə təzyiq cəhdləri artıq bütün diplomatik və etik normaları keçərək, açıq-aşkar təhdidlərə çevrilib.

Bu baxımdan, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin açıqladığı bir pərdəarxası məqama diqqət yetirmək çox maraqlıdır.

“Hətta Qərbin uzun sürən şantajı fonunda Avropa komissarlarından biri ilə telefon danışığında edilən hədə heyrətləndirici idi. Mənimlə söhbətində Avropa komissarı şəffaflıq qanununa veto aradan qaldırılarsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadalayaraq qeyd etdi: Siz Fitso ilə nə baş verdiyini gördünüz və siz də çox diqqətli olmalsınız”, - Kobaxidze bildirib.

Adı çəkilməyən Avropa komissarlarından birinin müstəqil dövlətin, özü də son illərə qədər Qərbin Cənubi Qafqazda ən yaxın müttəfiqi kimi dəyərləndirdiyi Gürcüstanın Baş nazirini açıq-aşkar hədələməsi ABŞ-nin və onun vassallarının hansı “demokratik” dəyərlərə üstünlük verdiyini ifşa edir. Belə bəyanatdan sonra rusiyapərəst mövqeyini gzilətməyən Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən sui-qəsdin arxasında kimlərin dayandığı artıq heç bir şübhə doğurmur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Gürcüstan  





Xəbər lenti