Bayden Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək

   Bayden Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək
  24 May 2024    Oxunub:902
ABŞ prezidenti Co Bayden İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda iştirak etməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Bayden iyunun 15-də maliyyə yardımı tədbirində iştirak etmək üçün G7-nin İtaliyadakı görüşündən sonra birbaşa Los-Ancelesə uçacaq. Onun konfransda iştirak etməmə səbəbi isə prezident seçkiləri göstərilir.

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də konfransda iştirakı gözlənilmir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti