Azərbaycana silah qadağası qoyuldu

Azərbaycana silah qadağası qoyuldu
  04 İyul 2014    Oxunub:1122
Böyük Britaniya Azərbaycana və Ermənistana qarşı hərbi avadanlıq satışına qoyduğu embarqonu indən belə də davam etdirəcək.
AzVision.az ans press-ə istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti ölkədən ixrac və ticarət lisenziyalarını araşdırdıqdan sonra bu barədə bəyanat verib. Bəyanatda vurğulanır ki, alınan silah Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistan - Azərbaycan sərhədində işlədilə bilər.

Bu barədə bəyanatı Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton səsləndirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Böyük Britaniya üçün strateji bölgədir. “2012-2013-cü illərdə Azərbaycan və Ermənistan arasında sülhün bərqarar olması üzrə layihələrə 1,245 mln. funt sterlinq xərcləyib”, - deyə Devid Lidinqton vurğulyayıb.


Teqlər:





Xəbər lenti