Müşərrəf məhkəmədən qaçdı
Pakistan polisi hə yerdə Müşərrəfi axtarsa da sabiq prezidentin harada olduğu məlum deyil.
1999-cu ildə hakimiyyətə gələn Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət rejimi elan etdikdən sonra onun prezidentliyini qəbul etməyən Ali Məhkəmə hakimlərinin qanunsuz həbsində ittiham olunur.
Pərviz Müşərrəfə qarşı irəli sürülən ittihamlar arasında 2006-cı ildə Bəlucistanda üsyançıların liderinin qətli və bir il sonra isə sabiq baş nazir Bənazir Bhuttonun öldürülməsi də var.
Teqlər: