Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə çıxışlarında Ümummilli Liderin Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafındakı rolunu, habelə dini konfessiyaların ölkəmizdəki fəaliyyətinə göstərdiyi dəstəyi vurğulayıblar.
Sonda yazı müsabiqəsinin nəticələri elan edilib. Şəki şəhəri Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov I, Biləcəri qəsəbəsi “Birinci Məhəllə” məscidinin imam müavini Mehdi Sofiyev II, Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov III yerə layiq görülüblər. Sabirabad rayonu Kovlar kənd məscidinin imam müavini Rahil Əlicanov, Abşeron rayonu Xırdalan şəhər məscidinin imamı Elnur Əliyev, Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov isə həvəsləndirici mükafat qazanıblar.
Şəki şəhəri Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov milli-mənəvi irsə dövlət qayğısını qeyd edərək Ümummilli Liderimizin əsasını qoyduğu modelin bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca qarantına çevrildiyini deyib.
AzVision.az