Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

   Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  08 May 2024    Oxunub:571
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.

AzVision.az


Teqlər: Prezident   Bolqarıstan   qarşılanma  





Xəbər lenti