Səfirimizin qərəzli məqaləyə cavab məktubu "The Guardian"da yayımlanıb
Müəllif sanki unudub ki, regionda hərbi əməliyyatların və qeyri-sabitliyin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının Ermənistan tərəfindən 30 illik qanunsuz işğalı olmuşdur və hətta məqalədə 4 kəndin Ermənistan tərəfindən Azərbaycana qaytarılmasını "verilməsi" kimi təqdim etmişdir. Halbuki həmin kəndlər vaxtilə Ermənistan tərəfindən işğal edilmişdir və bütün mövcud xəritələr, o cümlədən Ermənistan rəsmiləri həmin ərazilərin Azərbaycana aid olduğunu təsdiq edir.
Ermənistanın regiondan kənarda müttəfiqlər üçün tarix boyu və uğursuz axtarışlar aparması ilə bağlı fikirlərində müəllif haqlıdır. Ancaq unutmamaq lazımdır ki, davamlı sülh yaxın qonşularla münasibətlərin normallaşmasını tələb edir. Müəllif onu da haqlı olaraq qeyd edir ki, etnik parçalanmanı alovlandırarmaq və qorxu yaratmaq məqsədilə məhz erməni separatçılar Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakininlərini yaşadıqları yerləri tərk etməyə təşviq ediblər.
Bildirilib ki, Azərbaycan və Ermənistanın sülh yolunda əldə etdiyi diqqətəlayiq irəliləyişin jurnalistlər tərəfindən dəstəklənməsinin vaxtı çatıb.
AzVision.az
Teqlər: Azərbaycan Britaniya səfir The-Guardian