Səhiyyə Nazirliyi adından saxta kampaniya keçirilir
Belə ki, yaradılan saxta hesablar vasitəsilə Kapital Bankın hər kəsə 200 AZN məbləğində pul verdiyi bildirilir. Vəsaitin alınması məqsədilə istifadəçilərə saxta "Telegram" kanalına daxil olmaq təklif olunaraq istifadəçilərin bank kartı məlumatları tələb edilir. Bununla da vəsait istifadəçilərə məxsus bank hesablarından kiberdələduzlar tərəfindən oğurlanır.
Səhiyyə Nazirliyi Elektron Təhlükəsizlik Xidməti ilə birgə vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı, yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi müraciət