Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası olub

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası olub
  07 May 2024    Oxunub:922
6-7 may 2024-cü il tarixlərində Bakı şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib.
Xarici İşlər Nazirliyindən AzVision.az -a məlumat verilib ki, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclasa Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Şərifov sədrlik edib.

İclas zamanı, tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.

İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasına öz minnətdarlıqlarını bildiriblər.

YSİQ-in növbəti iclası 24-27 iyun 2024-cü il tarixlərində İran İslam Respublikasında keçiriləcək.

AzVision.az


Teqlər: XİN   iclas  





Xəbər lenti