Fövqəladə rejimdə qaydaların pozulmasına görə cərimələr müəyyənləşib

   Fövqəladə rejimdə qaydaların pozulmasına görə cərimələr müəyyənləşib
  07 May 2024    Oxunub:658
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, sözügedən halda fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək. İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

AzVision.az


Teqlər: Prezident   dəyişiklik   cərimə  





Xəbər lenti