Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Baş Qərargah rəisi Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən türkiyəli nümayəndə heyəti hərbi təhsil sahəsində təcrübənin genişləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Sonra qonaqlar müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay və Hərbi Hava Qüvvələri komandanının birinci müavini - qərargah rəisi polkovnik Məzahir Rüstəmov ilə görüşüblər.
Görüşlərdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
AzVision.az